AMEA-nın Əlyazmalar İnstitutunun yeni direktoru kollektivə təqdim olunub - FOTO

AMEA-nın Əlyazmalar İnstitutunun yeni direktoru kollektivə təqdim olunub - <span style="color: red;">FOTO
# 13 fevral 2014 09:18 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İnstitutdan APA-ya verilən məlumata görə, iclasda iştirak edən AMEA prezidenti, akademik Akif Əlizadə institutun yeni təyin edilmiş direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimlini Elmi Şura üzvlərinə təqdim edib. A.Əlizadə bildirib ki, kollektivin bundan sonra da elmi axtarışlarda uğur qazanacağına ümid edir.

İclasda iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Elmi Şura üzvlərindən filologiya üzrə fəlsəfə doktoru M.Məmmədova, filologiya üzrə elmlər doktorları M.Nağısoylu, K.Şərifov və başqaları çıxış ediblər. Onlar bundan sonra da Azərbaycanın milli-mənəvi xəzinəsi olan əlyazmaların qorunması, tədqiqi və nəşri üçün əllərindən gələni edəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR