Azərbaycan paytaxtının regional inkişaf planı hökumətə təqdim edilib

Azərbaycan paytaxtının regional inkişaf planı hökumətə təqdim edilib
# 08 may 2014 11:45 (UTC +04:00)

Bunu «APA-Economics»ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, hər iki layihə artıq Nazirlər Kabinetinə təqdim olunub: “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2014-2016-cı illər)”nda nəzərdə tutulan tədbirlər bu planlara uyğunlaşdırılaraq həyata keçirilib.

Qeyd edək ki, Böyük Bakının Regional İnkişaf Planı ilə paytaxtın nəqliyyat, yol, tikinti, ekoloji və s. problemlərinin həll edilməsi hədəf götürülüb. 2030-cu ilədək həyata keçiriləcək layihəyə Bakı şəhərinin rayonları, Abşeron rayonunun bir hissəsi və Sumqayıt şəhəri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR