BDYPİ Bakı-Şamaxı yolunda baş verən dəhşətli qəzaya yol polisinin səbəb olması barədə deyilənləri təkzib edib

 BDYPİ Bakı-Şamaxı yolunda baş verən dəhşətli qəzaya yol polisinin səbəb olması barədə deyilənləri təkzib edib
# 30 dekabr 2013 09:30 (UTC +04:00)

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, dekabrın 28-də Bakı-Şamaxı yolunun Qobustan rayonunun Cəngi kəndi ərazisindən keçən hissəsində 8 nəfərin ölümü ilə nəticələn ağır yol qəzasının bəzi KİV-də guya yol polisinin qəzaya uğrayan avtomobili təqib etməsi nəticəsində baş verməsi barədə yazılanlar yanlışdır: “Baş verən qəza kameralar vasitəsi ilə qeydiyyata alınıb və idarənin istintaq şöbəsində aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR