İraq «Azerspace-1»in peyk xidmətlərindən istifadə etmək niyyətindədir

 İraq «Azerspace-1»in peyk xidmətlərindən istifadə etmək niyyətindədir
# 04 dekabr 2013 08:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İraq Azərbaycanın ilk süni telekommunikasiya peyki olan «Azerspace-1»in xidmətlərindən istifadə etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-İraq hökumətlərarası komissiyasının ilk iclasında İraqın rabitə və əyalət işləri naziri, komissiyanın həmsədri Torhan Müder Həsən əl Müfti bildirib.


Onun sözlərinə görə, İraq hazırda «Azerspace-1» peyki ilə yaxından maraqlanır: «İraqın da bu qəbildən peyki mövcuddur və biz Azərbaycanın təcrübəsindən yararlana bilərik. Biz Azərbaycanın süni peykindən istifadə etməklə İraqda bir sıra sahələrdə xidmətlər göstərə bilərik».


Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə Azərbaycanın İraqla təcrübəsini bölüşməyə hazır olduğunu deyib. Nazir Azərbaycanın iştirak etdiyi bir neçə regional layihələrə, xüsusən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə qoşulmağı İraqa da təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR