Azərbaycanda sənaye istehsalı 4% azalıb

Azərbaycanda sənaye istehsalı 4% azalıb
# 18 mart 2014 10:41 (UTC +04:00)

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, azalmanın əsas səbəbi neft hasilatında geriləmə ilə bağlıdır. Məhsulun 3,9 mlrd. manatı və ya 71,6%-i mədənçıxarma bölməsində istehsal olunub, 6,8 mln. ton neft və 3,1 mlrd. kubmetr əmtəəlik qaz hasil edilib.

Sənayenin emal bölməsində iki ay ərzində 1,1 mlrd. manatlıq və ya 0,3% çox sənaye məhsulu istehsal olunub. Bölmədə qida məhsulları istehsalı 4,0%, toxuculuq sənayesi məhsulları istehsalı 9,1%, geyim istehsalı 9,5%, kimya sənayesi məhsulları istehsalı 15,5%, metallurgiya sənayesi 47,0%, tikinti materialları istehsalı 10,6%, maşın və avadanlıqları istehsalı 26,8%, elektrik avadanlıqları istehsalı 53,2%, avtomobil və qoşquların istehsalı 3,3 dəfə, sair nəqliyyat vasitələri istehsalı 3,2 dəfə, mebel istehsalı 19,5%, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 20,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,1 dəfə artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülmə-si və təchizatı bölməsində sənaye məhsullarının 6,7%-i və ya 363,4 mln. manat istehsal olunub. İstehsal olunmuş 4,0 mlrd. kVt/saat elektrik enerjisi ötən ilki səviyyədən 4,3% çox olub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 13,3% artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8% artıb, neft-qaz sektorunda isə 4,8% azalıb.

İki ay ərzində istehsal olunmuş məhsulun 98,7%-i istehlakçılara göndərilib. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 322,8 mln. manatlıq hazır məhsul olub və əvvəlki ayla müqayisədə 35,0 mln. manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR