AMEA Mərkəzi Elmi Kitabxanasının hazırladığı Mirzə Fətəli Axundzadə haqqında biblioqrafik göstərici nəşr olunub - FOTO

AMEA Mərkəzi Elmi Kitabxanasının hazırladığı Mirzə Fətəli Axundzadə haqqında biblioqrafik göstərici nəşr olunub - <span style="color: red;">FOTO
# 26 may 2014 16:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 1964-cü ildə verdiyi qərara əsasən Mərkəzi Elmi Kitabxanada “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında bu günə qədər 300-ə yaxın şəxsi biblioqrafik göstərici hazırlanıb. Mərkəzi Elmi Kitabxanadan APA-ya verilən xəbərə görə, bu sıradan növbəti biblioqrafik göstərici Mirzə Fətəli Axundzadəyə həsr olunub. Yeni çapdan çıxmış bu göstəricinin elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, tərtibçisi pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılov, redaktoru filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyevdir.

Göstəricidə akademik İsa Həbibbəylinin M. F. Axundzadəyə həsr olunmuş “Böyük mütəfəkkir” adlı məqaləsi xüsusi yer tutur. Məqalədə böyük mütəfəkkirin həyat və fəaliyyətinə geniş aspektdə yanaşılır. Biblioqrafik göstəricidə təqdim olunmuş materiallar bir neçə bölmədə qruplaşdırılıb. Biblioqrafik göstərici M. F. Axundzadə haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün önəmli əvəzedilməz bir vəsaitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR