Səlim Babullaoğlu: “Mənimlə Afaq Məsud arasında ziddiyyətlərin yaranması haqqında deyilənlər ağ yalandır”

Səlim Babullaoğlu: “Mənimlə Afaq Məsud arasında ziddiyyətlərin yaranması haqqında deyilənlər ağ yalandır”
# 30 iyun 2014 15:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Mənimlə Afaq Məsud arasında ziddiyyətlərin yaranması və yaşanması haqqında deyilənlər ağ yalandır”. APA-nın məlumatına görə, bunu Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu deyib.

Onun sözlərində görə, mətbuatda bununla bağlı yazılanlar həqiqətə uyğun deyil: “Yeni təyinatdan sonra mən Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin məlum binasında olmamışam, Afaq xanımla görüşməmişəm və deməli, aramızda da heç bir ziddiyyət baş verməyib”.

Qeyd edək ki, bir müddət əvvəl prezidentin sərəncamı ilə yazıçı A.Məsud Naizrlər Kabineti yanında yaradılan Tərcümə Mərkəzinin sədri təyin edilib. Yazıçılar Birliyinin qurultayından sonra isə şair-tərcüməçi S.Babullaoğlu birliyin nəzdindəki Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbər təyin olunub. Mətbuatda A.Məsudla S.Babullaoğlu arasında A.Məsudun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin binasını tərk etmədiyinə görə mübahisə yaranması haqqında məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR