Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib
# 14 noyabr 2013 07:44 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.

Ordumuzun əsgəri, 19 yaşlı Elman Süleymanovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə E. Süleymanovun əsgər yoldaşı, 19 yaşlı Natiq Əsədova dəyib. N Əsədov hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR