FHN Bakıda mebel sexində baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Bakıda mebel sexində baş vermiş yanğınla bağlı məlumat yayıb
# 11 fevral 2014 18:30 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda mebel sexində baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan yumşaq mebel istehsalı sexində baş verib. Nəticədə, sexin yanar konstruksiyaları 250 kv.m sahədə, içərisində olan 3 ədəd dəzgah və 1 ədəd kompressorun yanar hissələri yanıb. Sexin qalan hissəsi və 5 ədəd tikiş dəzgahı yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR