Siyəzəndə 9 otaqlı ev yanıb

Siyəzəndə 9 otaqlı ev yanıb
# 12 yanvar 2014 00:54 (UTC +04:00)

Bakı-APA. Siyəzəndə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Sədan kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 256 kv.m olan ikimərtəbəli 9 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 204 kv.m sahədə yanıb.

Evin 2 otağı və sahəsi 114 kv.m olan bitişik ev yanğından mühafizə olunub.

Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR