“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Qız qalası” kitabı təqdim edilib - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Qız qalası” kitabı təqdim edilib - <span style="color: red;">FOTO
# 24 aprel 2014 12:18 (UTC +04:00)

Bakı. Könül kamilqızı - APA. Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində tarix elmləri doktoru Həsən Həsənovun “Qız qalası” (“Bakinskaə Deviçğə Başnə. Əzıçeskiy Kompleks Baku”) kitabının təqdimatı keçirilib. İdarənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə idarə rəisi Samir Nuriyev İçərişəhərin tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində burada həyata keçirilən məqsədyönlü tədbirlər ilə yanaşı elmi araşdırmaların da önəmli olduğunu vurğulayıb. O, bu işin gələcəkdə ardıcıl davam etdirilməsinin İçərişəhərdə yerləşən abidələr, eləcə də Qız qalası haqqında faktların dəqiqləşdirilməsində, müəyyən əsaslara malik məlumatların formalaşmasında əvəzsiz rola malik olacağını bildirib. İdarə rəisi İçərişəhərdə həyata keçirilən müxtəlif istiqamətli elmi araşdırmaların yüksək qiymətləndirildiyini və buna “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyini də qeyd edib.

Daha sonra çıxış edən müəllif Həsən Həsənov kitab və ümumilikdə araşdırma haqqında məlumat verib. İki hissədən ibarət olan kitab Qız qalası haqqında ilk kompleks tədqiqat hesab olunur. Əsərdə Qız qalasının bir sıra sirlərinin açılmasında yardımcı olacaq əsaslandırılmış faktlar öz əksini tapır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə çap olunmuş əsərə AMEA Memarlıq və İncəsənət, Tarix və Dilçilik institutlarının nümayəndələrindən ibarət yerli və xarici alimlər heyəti rəy veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR