Rusiya XİN rəhbəri: Ermənistanın Gömrük İttifaqına üzv olmasına dair siyasi qərar qəbul olunub

Rusiya XİN rəhbəri: Ermənistanın Gömrük İttifaqına üzv olmasına dair siyasi qərar qəbul olunub
# 03 sentyabr 2013 22:42 (UTC +04:00)

Bakı-APA. Moskva Gömrük İttifaqının bütün üzvlərinin Yerevanın quruma qoşulmaq barədə qərarını dəstəkləyəcəyinə ümid edir, Rusiya və Ermənistan bununla bağlı artıq siyasi qərarını verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Gömrük İttifaqında mövcud olan prosedurlar qüvvəyə minir - Gömrük İttifaqının təsisçiləri olan üç dövlətin rəhbərliyinə, Avrasiya İqtisadi Komissiyasına müraciət və s. Bu artıq danışıqların kifayət qədər texniki olan predmetidir. Rusiya və Ermənistan siyasi qərar verib. Ümid edirik ki, Gömrük İttifaqının bütün üzvləri Yerevanın bu qərarını dəstəkləyəcək”, deyə Lavrob jurnalistlərə bildirib.

Qeyd edək ki, sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Gömrük İttifaqına daxil olmağı qərara aldığını bəyan edib və bu məqsədlə əməli addımlar atmağa, gələcəkdə isə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etməyə hazır olduğunu bildirib. Rusiya prezidenti bu qərarı dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR