Rusiya ərazisi Ukrayna tərəfindən atəşə tutulub, İstintaq Komitəsi yoxlamalara başlayıb

Rusiya ərazisi Ukrayna tərəfindən atəşə tutulub, İstintaq Komitəsi yoxlamalara başlayıb
# 20 iyun 2014 20:50 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bəyan edib.

“Ukrayna ərazisində, Doljansk rayonu ətrafında döyüşlər nəticəsində Rusiya Federasiyasının ərazisi atəşə məruz qalıb”, deyə Markin bildirib.

Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə nümayəndəsi Vasili Malayev RİA Novosti agentliyinə Novoşaxtinsk keçid məntəqəsinin Ukrayna ərazisindən minaatanlardan atəşə tutulması barədə məlumat verib. Onun sözlərinə görə, atəş nəticəsində dağıntılar qeydə alınıb, əhali arasında zərərçəkən olmasa da, bir gömrük əməkdaşı xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR