GUAM PA-nın VI yığıncağı keçirilir - FOTO

GUAM PA-nın VI yığıncağı keçirilir - <span style="color: red;">FOTO
# 02 dekabr 2013 09:27 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında “GUAM çərçivəsində geosiyasi sahədə əməkdaşlığa təsir; Siyasi münasibətlər, Avropa və Avroatlantik inteqrasiya; Sektor əməkdaşlığının perspektivləri, qlobal çağırışlar və birgə addımlar” mövzularında GUAM Parlament Assambleyasının VI yığıncağı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə GUAM-a üzv ölkələr - Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova, eləcə də təşkilatın əməkdaşlıq etdiyi ölkələr - Polşa, Latviya və Estoniya təmsilçiləri iştirak edir. Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbiri GUAM PA sədri Zurab Abaşidze açıb. Sonra söz Gürcüstan parlamentinin sədri David Usupaşviliyə verilib. D. Usupaşvili çıxışında GUAM PA-nın VI yığıncağının Tiflisdə keçirilməsini vacib hadisə adlandırıb: “GUAM-ın fəaliyyəti Gürcüstan üçün prioritet məsələlərdən biridir. Bu təşkilat GUAM ölkələri ilə sıx əməkdaşlığın əsasını qoyub. Biz əl-ələ verib birlikdə irəliləməli və təhlükəsizliyə nail olmalıyıq”.

Tədbirdə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze, Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Moldova parlament sədrinin müavini Oleq Bodruq, Ukrayna Ali Radasının sədr müavini Ruslan Koşulinski, GUAM baş katibi Valeri Çeçelaşvili, Latviya və Polşa nümayəndələri çıxış edərək iştirakçıları salamlayıblar. Çıxışçılar son günlər Ukraynada baş verən hadisələrə narahatlıqlarını bildiriblər.

Z. Əsgərov çıxışında ümidvar olduğunu bildirib ki, GUAM ölkələrindəki münaqişələr sülh şəraitində və hər ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunacaq.

Tədbirdə Milli Məclisin və GUAM PA-nın üzvü Əli Məsimlinin “Qlobal çağırışlar və birgə addımlar” mövzusu üzrə məruzəsi gözlənilir.

Sonda GUAM PA-nın yekun sənədi qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR