“DəmirBank” yeni güzəştli kredit aksiyasına başlayıb

“DəmirBank” yeni güzəştli kredit aksiyasına başlayıb
# 07 may 2014 08:37 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank” bank sektoru, kredit təşkilatları və sığorta sahəsində çalışanlar üçün “Bizdən Sizə” adlı yeni güzəştli kredit aksiyasına başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya 1 noyabr 2014-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə istehlak kreditləri üzrə banka müraciət edənlərə güzəştli faiz dərəcəsi ilə nağd pul krediti və plastik kartla kredit xətti təklif edilir. Kreditin məbləği maksimum 15 min manat olmaqla, 36 aylıq rəsmiləşdirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR