Sumqayıtda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Sumqayıtda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib
# 08 dekabr 2013 02:50 (UTC +04:00)

Bakı-APA. Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisi tminatının kəsilməsi səbəbindən 3-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 02:24-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR