Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb - FOTO - VİDEO

Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 yanvar 2014 12:31 (UTC +04:00)

Məlumata görə, “Samir Qaxlı” kimi tanınan azərbaycanlı mücahid Suriyada Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb. Mücahidlər onun meyitinin fotosunu da sosial şəbəkələrdə yayıblar.

Öldürülən azərbaycanlının mücahidlər arasında “Samir Qaxlı” kimi tanınması onun Azərbaycanın Qax rayonundan olduğunu deməyə əsas verir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR