Rusiya Şimali Qafqaza 30 yeni döyüş təyyarəsi və helikopter yerləşdirəcək

Rusiya Şimali Qafqaza 30 yeni döyüş təyyarəsi və helikopter yerləşdirəcək
# 05 oktyabr 2013 08:30 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Rusiya cari ilin sonuna qədər Şimali Qafqaz regionunu əhatə edən Cənub Hərbi Dairəsinə 30 yeni döyüş təyyarəsi və helikopter yerləşdirəcək. APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi təyyarə və helikopterlər Rostov yaxınlığına yerləşdiriləcək. Onların arasında Su-30M2, Su-27SM3, Su-25SM, həmçinin "4+" nəsil döyüş təyyarəsi olan Su-34 qırıcıları, Mi-35M zərbə helikopterləri də yer alacaq.

Bölgəyə gətiriləcək yeni Su-27 təyyarələri modernləşmə nəticəsində öz sələflərindən prinsipial olaraq fərqlənir. Döyüş təyyarələrinin uçuş uzaqlığı artırılıb, onlarda müasir naviqasiya avadanlığı qurulub.

Qeyd edək ki, 2008-ci ildə Gürcüstanla müharibədən sonra Rusiya Cənub Hərbi Dairəsinin silahlanmasına xüsusi diqqət ayırır. Təkcə ötən il dairənin silahlanmasına 50-dən çox aviasiya texnikası daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR