Arvadını və gəlinini qətlə yetirərək ömürlük cəza alan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Arvadını və gəlinini qətlə yetirərək ömürlük cəza alan şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 16 yanvar 2014 09:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində arvadını və gəlinini qətlə yetirməkdə təqsirləndirilən Valeh Bayramovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Şüvəlan qəsəbə sakini, 1958-ci il təvəllüdlü Valeh Vaqif oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülnarə Mürsəl qızı Bayramovanı və gəlini, 1989-cu il təvəllüdlü Sahilə Akif qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Bayramov ömürlük olaraq azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR