Moskvada 100 mindən çox müsəlman birlikdə bayram namazı qılıb - FOTOSESSİYA

Moskvada 100 mindən çox müsəlman birlikdə bayram namazı qılıb - <span style="color: red;">FOTOSESSİYA
# 15 oktyabr 2013 15:21 (UTC +04:00)

“Sülh” prospektində yerləşən Mərkəzi Məscidin əhatəsindəki bütün küçələrdə 100 mindən çox müsəlman birlikdə bayram namazı qılıb.

İnşaatı davam edən Mərkəzi Məscidin həyətində bayram çadırı qurulub. Paytaxt meriyası müsəlmanların dini inanclarını yerinə yetirməsi üçün bütün tədbirləri görüb. Məscidə yaxın ərazilərdə nəqliyyatın hərəkəti dayandırılıb. Asayişi və təhlükəsizliyi təmin etmək üçün əraziyə çoxlu sayda polis dəstələri cəlb olunub.

Yerli və xarici mətbuatın böyük marağına səbəb olan Mərkəzi Məsciddəki bayram namazında Moskvada yaşayan tatar, azərbaycanlı, çeçen, inquş, qırğız, özbək və taciklər birlikdə dua ediblər.

Qeyd edək ki, paytaxt polisi oktyabrın 13-də Qərbi Biryulevo rayonunda baş verən iğtişaşlardan ehtiyat edərək, bayram namazının qılındığı yerlərdə təhlükəsizliyi təmin etmək üçün geniş barrikadalar qurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR