DSX-nin Akademiyasına və xidmətə işə qəbulda elektron xidmət tətbiq olunub

DSX-nin Akademiyasına və xidmətə işə qəbulda elektron xidmət tətbiq olunub
# 03 avqust 2013 08:47 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) iki elektron xidmətin göstərilməsinə başlayıb. APA-nın məlumatına görə, Elektron Hökumət portalı vasitəsi ilə DSX-nin Akademiyasına və DSX-də işə qəbul olmaq üçün müraciətin və sənədlərin qəbulu həyata keçirilir.

DSX-yə qəbul olmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament DSX rəisi, general-leytenant Elçin Quliyevin iyulun 1-də imzaladığı əmrlə təsdiq olunub.

DSX-də təqdim edilən elektron xidmətin icra müddəti 10 iş günü və ödənişsizdir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR