Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edib - FOTO

Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 04 oktyabr 2013 10:34 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda vətəndaşları qəbul edib. Nazirlikdən APA-ya verilən məlumata görə, qəbulda Sumqayıt şəhərindən və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan 40-a yaxın vətəndaş iştirak edib.

Müraciətlərdə yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərcikdə yeni musiqi məktəbinin açılması, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması və s. məsələlər yer alıb.

Görüşdə Azərbaycanda qadın aşıq sənətinin inkişafı ilə bağlı təklif irəli sürülüb, klublarda kino nümayişinə, əhalisi məcburi köçkün olan rayonların musiqi məktəblərinin musiqi alətləri ilə təmin olunmasına xahiş olunub. Sumqayıtdan qəbula yazılan vətəndaşlar tərəfindən şəhərdəki “Nizami” kinoteatrının təmiri, “Kimyaçı” mədəniyyət sarayının nəzdində filarmoniyanın yaradılması ilə bağlı xahişlər də səslənib.

Jurnalistlərin suallarını cavablandıran nazir bildirib ki, müraciətlərin əksəriyyəti vətəndaşlıq nöqteyi-nəzərindən narahatlıq doğuran məsələlərlə bağlı müraciətlər olub.

Sumqayıt şəhərindəki “Nizami” kinoteatrının mövcud vəziyyətinə də toxunan nazir deyib ki, bununla bağlı layihələndirmə işi 2014-cü ilə nəzərdə tutulur: “Kinoteatr əsaslı təmir-bərpa olunana qədər şəhər mədəniyyət sarayında filmlərin nümayişi həyata keçiriləcək. Bunun üçün mədəniyyət ocağı müasir avadanlıqlarla təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR