Azərbaycan İraqda həyata keçirilən layihələrə maraq göstərir

Azərbaycan İraqda həyata keçirilən layihələrə maraq göstərir
# 04 dekabr 2013 07:58 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan və İraq hökumətləri arasında ticarət, iqtisadi, texniki, elmi və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyasının Bakıda keçirilən ilk iclasında Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan neft-qaz sahəsində olduqca böyük təcrübəyə malikdir və İraqdakı layihələrdə iştirak edə bilər: «Düşünürəm ki, bu sahədə biz yaxından əməkdaşlıq edə bilərik».


Nazir müavini həmçinin İraq iş adamlarını Azərbaycanda keçirilən tenderlərə qatılmağa dəvət edib: «Bu gün Azərbaycanda olduqca əlverişli şərait yaradılıb. Biz İraq şirkətlərini Azərbaycanda yaradılan texnoparklara qatılmağa dəvət edirik».

Eyni zamanda, N.Səfərov iki ölkə arasına ticarət əlaqələrinin geniş imkanlara malik olduğunu vurğulayıb: «Bu gün Azərbaycanla İraq arasında ticarət dövriyyəsinin həcmi 419 mln. dollar təşkil edir. İki ölkə arasında iqtisadi əlaqələr mütləq genişlənməlidir və ticarət dövriyyəsi artmalıdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR