Əhməd Davutoğlu: “Partlayışlardan sonra Türkiyə istənilən cavab tədbirlərini həyata keçirmək hüququnu özündə saxlayır”

Əhməd Davutoğlu: “Partlayışlardan sonra Türkiyə istənilən cavab tədbirlərini həyata keçirmək hüququnu özündə saxlayır”
# 12 may 2013 04:26 (UTC +04:00)

Bakı-APA. Qırx nəfərdən çox adamın ölməsi ilə nəticələnən terror aktlarından sonra Türkiyə istənilən cavab tədbirlərini həyata keçirmək hüququnu özündə saxlayır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Berlində səfərdə olan Türkiyə XİN rəhbəri Əhməd Davutoğlu deyib.

Nazir qeyd edib ki, o bu mövzunu baş nazir Rəcəb Tayyip Ərdoğanla müzakirə etmək niyyətindədir. Əhməd Davutoğlu qeyd edib ki, o keçən ilin oktyabrında Suriya sərhədi yaxınlığında yerləşən Axçakala qəsəbəsinə raket zərbələri endirilən zaman olduğu kimi NATO-nun təcili iclasının çağırılmasında ehtiyac görmür.

Qeyd edək ki, ötən gün gecə Türkiyə DİN rəhbəri Müəmmər Gülər bildirib ki, Suriya sərhədi yaxınlığındakı Reyhanlı qəsəbəsində törədilmiş partlayışlara aidiyyəti olan şəxslərin müəyyən olunması istiqamətində iş yekunlaşmaq üzrədir. Nazir onların Suriya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu qeyd edib. Analoji bəyanatla həmçinin Türkiyənin baş nazirin müavini Bəşir Alatay çıxış edib.

Xatırladaq ki, Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı 42-yə, yaralananların sayı isə 140 nəfərə çatıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.

Terror aktları içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində yerləşən bələdiyyə və poçt binalarının qarşısında törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR