Kolumbiyada məktəb avtobusunun dərəyə düşməsi nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb

Kolumbiyada məktəb avtobusunun dərəyə düşməsi nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb
# 17 sentyabr 2013 04:53 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada məktəb avtobusunun dərəyə düşməsi nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV-in yaydığı xəbərdə deyilir.

Hadisə Boyaka departamenti ərazisində baş verib. Avtobusun dərəyə düşməsinin səbəbləri məlum deyil.

Yeniyetmələr Çikinkira şəhərindən imtahandan evlərinə qayıdırmış. Avtobusda ümumilikdə 40 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR