Azərbaycan Sahibkarlar Konfederasiyasına yeni baş katib təyin olunub - FOTO

 Azərbaycan Sahibkarlar Konfederasiyasına yeni baş katib təyin olunub - <span style="color: red;">FOTO
# 25 dekabr 2013 13:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) kadr dəyişikliyi aparılıb.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, Konfederasiyanın baş katibi Məhəmmədəli Əmir oğlu Əfəndiyevin başqa işə keçməsi ilə əlaqədar, bu vəzifəyə Natəvan Adil qızı Məmmədova təyin olunub.

Qeyd edək ki, N.Məmmədova 1974-cü ildə Ağdaş rayonunda anadan olub, 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetini ingilis dili fakültəsi üzrə bitirib, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə, 2012-ci ildə isə Corc Vaşinqton Universitetində layihə idarəetməsi üzrə magistr dərəcəsinə yiyələnib. Bundan başqa, o, 2000–2003-cü illərdə Azərbaycan Dövlət Dillər Universiteti və Bakı Slavyan Universitetində ingilis dili müəllimi işləyib.

2003-2007-ci illərdə Azərbaycan Maliyyə Nazirliyində kollegiyanın katibi və Nazirlik yanında Maliyyə Elm Tədris Mərkəzində baş müəllim vəzifələrində çalışıb. 2007-2010-cu illərdə Dünya Bankının Azərbaycandakı ölkə ofisində, yoxsulluğun azaldılması və iqtisadi idarəetmə sektorunda tədqiqatçı analitik vəzifəsində çalışıb. 2010-cu ildə Azərbaycan Mərkəzi Bankı İnkişaf Departamentinin resurslar və xüsusi layihələri şöbəsinin rəisi, 2012-ci ildə isə sözügedən Departamentinin direktor müavini vəzifəsinə təyin edilib.

N.Məmmədova Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Ailəlidir, iki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR