Ramiz Əzizbəylinin qızı: “Atamın səhhətində böyük irəliləyiş var”

Ramiz Əzizbəylinin qızı: “Atamın səhhətində böyük irəliləyiş var”
# 15 may 2014 14:07 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Xalq artisti Ramiz Əzizbəylinin müalicəsi ev şəraitində davam edir.

Xalq artistinin qızı Cəlalə Əzizbəylinin APA-ya verdiyi məlumata görə, atasının nitqi tam bərpa olunmasa da, əvvəlki vaxtlara nisbətən irəliləyiş var: “Demək olmaz ki, nitqi tam düzəlib, amma əvvəlki vaxtlara nisbətən irəliləyiş var. Əvvəllər tamam rabitəsiz danışırdı, nə dediyini başa düşmək çətin olurdu, indi yaxşılığa doğru dəyişiklik böyükdür”.

C. Əzizbəyli əlavə edib ki, aktyorun səhhətini nəzarətdə saxlamaq üçün həkimlər evə gəlib-gedirlər: “Vaxtaşırı həkimlər gəlir, müayinə edirlər. Lazım olanda özü də bir neçə dəfə xəstəxanaya gedib, müayinədən keçib”.

Qeyd edək ki, R. Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR