Arzu Rəhimov Türkiyə müdafiə nazirinin müavinini qəbul edib - FOTO

Arzu Rəhimov Türkiyə müdafiə nazirinin müavinini qəbul edib - <span style="color: red;">FOTO
# 21 may 2014 11:27 (UTC +04:00)

Bakı-APA. Türkiyə milli müdafiə nazirinin məsləhətçi müavini, general-leytenant Osman Ünlünün başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün türkiyəli qonaqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qəbul edib.

Görüşdə səfərbərlik və hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi, bu sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyətinin səfəri mayın 24-də başa çatacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR