Masallı və Ağdaşda yanğın olub

Masallı və Ağdaşda yanğın olub
# 06 dekabr 2013 02:04 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam və gecə saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisələrindən biri Masallı rayonu, Ərkivan qəsəbəsində ümumi sahəsi 750 kv.m olan 15 otaqdan ibarət binada baş verib. Nəticədə binanın 1 otağının tavanı 15 kv.m və çardağı 5 kv.m (ümumi 20 kv.m) sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Ağdaş rayonu, Aşağı Qəsil kəndində (rayon mərkəzindən 9 km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının tavanı 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR