Azərbaycanlı dirijorun rəhbərliyi Rusiya Dövlət Filarmoniyasında “Traviata” operasının premyerası keçirilib - FOTO

Azərbaycanlı dirijorun rəhbərliyi Rusiya Dövlət Filarmoniyasında “Traviata” operasının premyerası keçirilib - <span style="color: red;">FOTO
# 18 noyabr 2013 16:12 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanlı dirijor Əyyub Quliyevin musiqi rəhbərliyi və dirijorluğu ilə Vasiliy Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının böyük zalında Cüzeppe Verdinin “Traviata” operasının premyerası keçirilib.

Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, “Traviata” operası Rusiyanın cənub regionunda ilk dəfə tamaşaya qoyulub. Operanın quruluşçu rejissoru Andrey Noqin, geyim üzrə rəssamı Mariya Pavlova, xorun rəhbəri Alina Muxamedjanova, xoreoqraf Nina Klepneva, konsertmeysterlər İrina Lyabax, Marqarita Beketovadır.

Əyyub Quliyev əlavə edib ki, Safonov Akademik Filarmoniyası ilə növbəti opera layihəsi 2014-cü ilin yanvar və noyabr aylarına planlaşdırılıb. Sergey Raxmaninovun “Aleko” və Pyotr Çaykovskinin “Yevgeniy Onegin” operaları yeni quruluşda dinləyicilərə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR