“Xəzər həftəsi” ilə əlaqədar Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib

“Xəzər həftəsi” ilə əlaqədar Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib
# 28 sentyabr 2013 09:30 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Xəzər həftəsi”nin keçirilməsi məqsədi ilə hazırlanan müvafiq tədbirlər planına əsasən sentyabrın 28-də ETSN-nin müvafiq qurumlarının əməkdaşları, ali məktəb tələbələri, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələri ilə birgə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 200-ə yaxın insanın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 20 hektar ərazisi 15 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib. Nazirlik “Xəzər həftəsi” çərçivəsində sahil zolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır.

Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR