Azərbaycan tələbələri ABŞ-ın "İş və Səyahət " proqramında iştirak edəcəklər - FOTO

Azərbaycan tələbələri ABŞ-ın "İş və Səyahət " proqramında iştirak edəcəklər - <span style="color: red;">FOTO
# 16 may 2014 12:02 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Work and Travel" proqramında iştirak edən azərbaycanlı tələbələrlə görüşüb və onlara vizalarını təqdim edib. APA-nın xəbərinə görə, səfir tələbələri təbrik edərək bildirib ki, iştirakçılar ABŞ-ın gündəlik həyatı və mədəniyyəti ilə yaxından tanış ola biləcəklər, eyni zamanda ABŞ ictimaiyyətini Azərbaycan haqqında məlumatlandıracaqlar.

Qeyd edək ki, bu proqram əsasında Azərbaycan tələbələri üç ay ərzində ABŞ-ın müxtəlif ştatlarında işləyib, həm də səyahət etmək imkanı qazanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR