Rusiyanın ATƏT-ə üzv dövlətlərin bir-birinə qarşı sanksiyalar tətbiq etməsinin yolverilməzliyi barədə təklifi qəbul edilməyib

Rusiyanın ATƏT-ə üzv dövlətlərin bir-birinə qarşı sanksiyalar tətbiq etməsinin yolverilməzliyi barədə təklifi qəbul edilməyib
# 30 iyun 2014 15:08 (UTC +04:00)

APA-nın məlumatına görə, ATƏT PA-dakı Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının MDB, Avrasiya İnteqrasiya və Həmvətənlərlə Əlaqə Məsələləri üzrə Komitəsinin sədri Leonid Slutski bu təklifin beynəlxalq aləmdə anti-Rusiya xarakterli addımların qarşısını almağa yönəldiyini bildirib.

Lakin Ukrayna nümayəndə heyəti düzəlişə etiraz edib. Nümayəndə heyətinin üzvü Oleq Zarubinski bildirib ki, söhbət təkcə Rusiyadan getmir, ümumiyyətlə, beynəlxalq aləmdə prinsipləri pozan dövlətlərlə bağlı müzakirələrin aparılması və sanksiyaların qəbul edilməsi məntiqlidir. O, fərqli yolu təsəvvür etməyin çətin olduğunu söyləyib.

Düzəliş səsverməyə çıxarılıb. 7 parlamentar istisna olmaqla, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin bütün üzvləri düzəlişin əleyhinə səs veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR