Azərbaycanda dövlət ipoteka kreditləşməsi 2 dəfə artıb

Azərbaycanda dövlət ipoteka kreditləşməsi 2 dəfə artıb
# 29 aprel 2014 12:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 25,854 mln. manat həcmində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1.7 dəfə çoxdur.

AİF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin I rübündə 266-sı güzəştli şərtlərlə olmaqla ümumilikdə 634 ipoteka krediti verilib. Ümumiyyətlə, dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək fond xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 568.487 mln. manata çatıb.

Adi və güzəştli ipoteka kreditindən yararlananların 56%-i dövlət, 44%-i özəl sektorda çalışır. Hər iki ipoteka növü üzrə borcalanların 82%-ni kişilər, 18%-ni qadınlar təşkil edir. Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 67.3%-i evli, 32.7%-i subaydır. Borcalanların 38.5%-i 18-29 yaş, 32,8%-i 30-35 yaş arasında, 28.7%-i isə 36 yaşdan yuxarı olub.

Güzəştli şərtlərlə ipoteka krediti alanların 82%-ni hərbi qulluqçular, 7.8%-ni məcburi köçkünlər, 6.8%-ni dövlət qulluqçuları, 1.8%-ni elmlər namizədləri, 1.3 %-ni idmançılar, 0.3 %-ni şəhid ailələri təşkil edib.

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron və Gəncədə yerləşir. İpoteka yolu ilə alınan mənzillərin əksəriyyətinin qiyməti 30 000-90 000 manat arasında dəyişir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR