Səfir: “Azərbaycan və Böyük Britaniya arasında iqtisadiyyat, enerji və ticarət əsasında qurulmuş güclü münasibətlər var”

Səfir: “Azərbaycan və Böyük Britaniya arasında iqtisadiyyat, enerji və ticarət əsasında qurulmuş güclü münasibətlər var”
# 11 dekabr 2013 11:05 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Azərbaycan və Böyük Britaniya arasında iqtisadiyyat, enerji və ticarət əsasında qurulmuş güclü münasibətlər mövcuddur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq deyib.

Diplomatın sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələr də inkişaf edib: “Biz Azərbaycanla həm də Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri çərçivəsində birgə işləyirik, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycan və Britaniya arasında münasibətlər uğurlu və səmərəlidir, mən bu münasibətlərin davamını görürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR