Azərbaycanda uzaq xarici dövlətlərə hava nəqliyyatı ilə sərnişindaşıma tarifləri bahalaşıb

Azərbaycanda uzaq xarici dövlətlərə hava nəqliyyatı ilə sərnişindaşıma tarifləri bahalaşıb
# 07 mart 2014 12:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin fevral ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1% bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 5,3% ucuzlaşıb, digər xarici ölkələr üzrə isə 3,8% bahalaşıb.

«Fevral ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 0,2%, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 18,7% bahalaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 0,3% bahalaşma müşahidə olunub», - deyə Komitənin məlumatında bildirilib.

Komitə avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmadığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR