Elmar Məmmədyarov İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak edəcək

Elmar Məmmədyarov İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak edəcək
# 06 noyabr 2013 08:22 (UTC +04:00)

Bakı – APA. Noyabrın 7-8-də İndoneziyada keçiriləcək Demokratiya Forumunda iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bu ölkəyə yola düşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, illik əsasda keçirilən Demokratiya Forumunun builki mövzusu “Plüralist cəmiyyətdə demokratiyanın gücləndirilməsi” olacaq.

Demokratiya Forumu 2008-ci ildə İndoneziyanın təşəbbüsü ilə keçirilməyə başlayıb. Forumun məqsədi bərabərlik, qarşılıqlı hörmət və anlaşma prinsiplərinə hörmət əsasında dialoq və qabaqcıl təcrübəni bölüşmək vasitəsilə sülh və demokratiya sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR