Azərbaycanda incəsənət sahəsi üzrə yeni ixtisasın tədrisinə başlanacaq

Azərbaycanda incəsənət sahəsi üzrə yeni ixtisasın tədrisinə başlanacaq
# 01 oktyabr 2013 11:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2014-cü ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kukla teatrı aktyoru sənəti üzrə mütəxəssis hazırlığına başlanması nəzərdə tutulur.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə mütəxəssis hazırlığı aparılır: “Həmin ixtisasın ixtisaslaşması kimi kukla teatrı aktyoru sahəsində mütəxəssis hazırlığı da aparıla bilər. Bunun üçün təbii ki, universitetdə müvafiq maddi-texniki baza yaradılmalı və digər təşkilati tədbirlər həyata keçirilməlidir”.

Kukla teatrı aktyoru sənətinə olan tələbat nəzərə alınaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müvafiq işlər artıq həyata keçirilir. 2014-cü ildən etibarən kukla teatrı aktyoru sənəti üzrə mütəxəssis hazırlığının başlanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR