Bakıda QDİƏT üzvü olan ölkələrin gənc liderlərinin beynəlxalq forumu keçiriləcək

Bakıda QDİƏT üzvü olan ölkələrin gənc liderlərinin beynəlxalq forumu keçiriləcək
# 25 iyun 2013 07:31 (UTC +04:00)

Bakı - APA. İyunun 27-28-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv olan 11 dövlətin gənc liderlərinin beynəlxalq forumu keçiriləcək.

APA-nın xəbərinə görə, forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlərin, gənclər təşkilatları sədrlərinin, sözügedən ölkələrin gənclər siyasətinə məsul olan dövlət strukturlarının, həmin ölkələrin Bakıdakı səfirlikləri, eyni zamanda Azərbaycan Prezident Administrasiyasının məsul şəxsləri və Milli Məclisin üzvləri, yerli gənclər təşkilatlarının rəhbərləri və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edəcək.

Forumun sonunda iştirakçılar tərəfindən Bakı bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Bəyannamədə Bakı şəhərində bir araya gələn Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 ölkənin gənc liderlərinin aparılan müzakirələrdən və keçirilən görüşdən sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsis olunması və əsas fəaliyyətinin üzv dövlətlərin gəncləri arasında əməkdaşlıq və inkişafın gücləndirilməsinə sərf edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR