İran rəsmisi: “Azərbaycanla İran arasında yayım tezliklərinə müdaxilə halları baş vermir”

İran rəsmisi: “Azərbaycanla İran arasında yayım tezliklərinə müdaxilə halları baş vermir”
# 10 oktyabr 2014 09:14 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Əvvəllər İranın bəzi telekanalları Azərbaycanın bölgələrində yayım tezliklərinə qoşulur və bəzən Azərbaycan əleyhinə verilişlərin yayımlanması da baş verirdi. Amma artıq bu məsələ həllini tapıb”.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqam deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun İrana səfəri zamanı müzakirələr aparılıb. “Bununla yanaşı, bu problemin həllinə əldə olunan texnoloji yeniliklər, uğurlar da kömək edib".

İ. Zərqam bildirib ki, hazırda iki ölkə arasında yayım tezliklərinə müdaxilə, dalğaların bir-birini üstələməsi halları baş vermir. O, deyib ki, hazırda internet, eləcə də radio-televiziya sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR