Kuba ABŞ-dan Quantanamo hərbi bazasının yerləşdiyi ərazini geri qaytarmağı tələb edib

Kuba ABŞ-dan Quantanamo hərbi bazasının yerləşdiyi ərazini geri qaytarmağı tələb edib
# 01 iyul 2015 21:38 (UTC +04:00)

Bakı-APA. Kuba hökuməti ABŞ-la münasibətlərin bərpası fonunda ötən gün Vaşinqtona Quantanamo hərbi bazasının yerləşdiyi ərazinin geri qaytarılması daxil olmaqla bir neçə tələb irəli sürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Kuba hakimiyyəti həmçinin yarıməsrlik iqtisadi embarqonun götürülməsinin vacibliyini qeyd edib. Həmçinin ABŞ-dan Kuba ərazisinə təxribat xarakterli televiziya və radio verilişlərinin yayımına son qoyulmasının da vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR