Ağstafada silahlı insident olub

Ağstafada silahlı insident olub
# 18 iyul 2016 11:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağstafada silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 17-də Ağstafa rayonunun Eynallı kəndində qeydə alınıb. Kənd sakini Tuqay Cəfərov sərxoş halda münaqişə zəminində tüfəngdən həmkəndlisi Şükür Şükürovun başının üzərindən havaya 2 dəfə atəş açıb.

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən T.Cəfərovdan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR