Paşha Bank
Bank Of Baku

Ağır cinayətlərin törədilməsinə görə cəzanın təxirə salınmasına dair qadağaya aydınlıq gətirilib

Ağır cinayətlərin törədilməsinə görə cəzanın təxirə salınmasına dair qadağaya aydınlıq gətirilib
# 16 oktyabr 2026 18:52 (UTC +04:00)

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında ağır cinayətlərin törədilməsinə görə cəzanın təxirə salınmasına dair qadağaya aydınlıq gətirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Tutayukun məruzəsini, İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Daxili İşlər Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlərin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsində şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə münasibətdə cəzanın təxirə salınmasına dair qadağa uşaqların üstün mənafelərinin müdafiəsi ilə ictimai təhlükəsizliyin və şəxsiyyətin ali konstitusion dəyər kimi qorunması arasında balansın təmin olunmasına xidmət etdiyindən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab olunmalıdır.

Cəzanın çəkilməsinin təxirə salınması məsələsinə baxarkən hakimlər yalnız formal meyarlarla kifayətlənməməli, həmçinin törədilən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları nəzərdən keçirərək onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədinə nail olunmasının mümkünlüyünü qiymətləndirməlidirlər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR