Vladimir Putin: “Xəzər və onun sərvətləri bütün Xəzəryanı ölkələrin strateji mirasıdır”

Vladimir Putin: “Xəzər və onun sərvətləri bütün Xəzəryanı ölkələrin strateji mirasıdır”
# 29 sentyabr 2014 13:07 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, dəniz və onun sərvətləri bütün Xəzəryanı ölkələr üçün strateji mirasıdr və onu qorumaq, artırmaq gələcək nəsillərin qarşısında ortaq məsuliyyətdir.


Rusiya prezidenti bəyan edib ki, tərəflər sammitdə siyasi bəyanat qəbul etmək niyyətindədirlər və bu, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın əsası olacaq: “Bizim ölkələrin əməkdaşlığı regional təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək. O cümlədən terrorizm, ekstremizim, narkotiklərin dövriyyəsi, digər hədələrlə mübarizədə effektivliyi artıracaq, iqtisadi inkişafa əlavə dinamika verəcək, dünya bazarında rəqabətə davamlılığı artıracaq".


V. Putin qeyd edib ki, sammitin gündəliyində məsələlər çoxdur: “Hüquqi status, təhlükəsizlik və iqtisadi əlaqələrdən başqa, nəqliyyatın inkişafı və ekologiya ilə bağlı addımların da müzakirəsi planlaşdırılır. Beynəlxalq aktual problemlər barədə də fikir mübadiləsi aparılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR