Nobel mükafatçısı: “İqtisadiyyatın davamlı inkişafı üçün dövlətlər biznesə daha çox diqqət göstərməlidir”

Nobel mükafatçısı: “İqtisadiyyatın davamlı inkişafı üçün dövlətlər biznesə daha çox diqqət göstərməlidir”
# 03 oktyabr 2014 13:56 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. “IV Bakı Beynəlxalq Humanitar Forumunda qloballaşma zamanı ortaya çıxan bir sıra problemlər barədə danışılıb. Qarşımızda duran əsas vəzifələrdən biri də bu problemlərin həlli istiqamətində çalışmaqdır”.

APA-nın məlumatına görə, bunu Massaçusets Universitetinin professoru, Nobel mükafatçısı Piter Artur Daymond deyib.

O qeyd edib ki, forumun ikinci günündə etdiyi çıxışda dövlət siyasətinin biznesə təsirindən danışıb: “Düşünürəm ki, bu məsələ qloballaşmanın əsas çağırışlarından biridir və iqtisadiyyatın davamlı inkişafı naminə dövlətlər biznesin fəaliyyətinə daha çox diqqət göstərməlidir, münasib qanunvericilik olmalıdır”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab verən P. Daymond münaqişə haqqında məlumatları yalnız qəzetlərdən aldığını və buna görə bu mövzuda geniş danışa bilməyəcəyini bildirib.

“İki gündür Bakıdayam. Çox gəzmək, öyrənmək imkanım olmayıb. Lakin İçərişəhərdə oldum, Bakının tarixi yerləri ilə qismən tanış oldum. Xoş təəssüratlarım yaranıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR