Bu gün azərbaycanlı zəvvarların sonuncu qrupları Həccdən qayıdır

Bu gün azərbaycanlı zəvvarların sonuncu qrupları Həccdən qayıdır
# 15 oktyabr 2014 11:55 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 11-dən 15-nə qədər gerçəkləşən təyyarə reysləri ilə azərbaycanlı zəvvarların əksəriyyəti vətənə dönüb. Sonuncu təyyarə reysləri bu gün həyata keçirilir. Bununla da bu il Həcc ziyarətinə qatılmış 4 minə yaxın azərbaycanlı zəvvarın hamısı ölkəyə dönmüş olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib ki, ziyarət zamanı azərbaycanlı zəvvarların səhhətində ciddi problem müşahidə edilməyib.

Xatırladaq ki, azərbaycanlı zəvvarlar Məkkə şəhərində Həcc ayinlərini başa vurduqdan sonra Mədinə şəhərinə səfər ediblər. Onların Bakıya qayıdışı da Mədinə şəhərindən gerçəkləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR