Ekvadorda 2 ton kokain müsadirə edilib

Ekvadorda 2 ton kokain müsadirə edilib
# 08 aprel 2015 23:14 (UTC +04:00)

Bakı-APA. Ekvadorda polis 2 ton kokain müsadirə edib və 11 nəfər narkotik alverçisini saxlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Xose Serrano bildirib.

Əməliyyat Sakit okean sahilindəki Manta şəhərində həyata keçirilib. Saxlanılanlar arasında yüksək rütbəli polis əməkdaşının olduğu da bildirilir.

Qeyd edək ki, ilin əvvəlindən Ekvadorda 23 ton müxtəlif narkotik maddə müsadirə edilib, 85 cinayət qrupun fəaliyyətinə son qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR