Nazir: “Türkiyə ilə turizm sahəsində əlaqələr genişləndirilməlidir”

Nazir: “Türkiyə ilə turizm sahəsində əlaqələr genişləndirilməlidir”
# 23 iyun 2016 12:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Türk Sənayesi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) üzvləri ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə TÜSİAB-ın idarə heyətinin sədri Cəlil Polat, təşkilatın katibi Ufuk Aydın, idarə heyətinin üzvləri Mehmet Əli Uğur və Mehmet Akbıyık iştirak edib.

Ə. Qarayev Türkiyə ilə turizm sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyi haqqında danışıb: “İki qardaş ölkə arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. Türkiyə dünya ölkələri arasında inkişaf etmiş turizm sahəsi ilə öz yerini tutub. Bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi bizim üçün də faydalı olub. Ötən illər ərzində Türkiyənin təcrübəsindən geniş yararlanaraq ölkəmizdə turizm infrastrukturunu daha da inkişaf etdirmişik”.

Nazir iki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması üçün bir sıra vacib addımlardan danışıb, bu əlaqələrin inkişafının bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.

C. Polat isə bildirib ki, 1994-cü ildən fəaliyyət göstərən qurum bu günədək Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə yatırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR