2016-cı il dövlət büdcəsindən beynəlxalq fəaliyyətlərə və təşkilatlara üzvlük haqqı üçün 193,3 milyon manat ayrılması gözlənilir

2016-cı il dövlət büdcəsindən beynəlxalq fəaliyyətlərə və təşkilatlara üzvlük haqqı üçün 193,3 milyon manat ayrılması gözlənilir
# 22 sentyabr 2015 11:38 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın 2016-cı il üzrə büdcə zərfində göstərilir. Həmçinin diplomatik xidmət orqanlarının və konsulluqların saxlanması, onların maddi texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 71,3 milyon manatın ayrılması proqnozlaşdırılır. Beynəlxalq maliyyə kredit təşkilatlarında Azərbaycana məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara (Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Asiya İnfrastruktur və Yenidənqurma Bankı, BMT-nin Katibliyi, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Dünya Ərzaq Proqramı, İslam Əməkdaşlıq Təşkilatı, MDB, AŞ və onun qurumları, ATƏT PA, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat-GUAM Katibliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibliyi, “Xəzər Dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” çərçivə konvensiyası (Tehran Konvensiyası), Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı, Ümumdünya Poçt İttifaqı) üzvlük haqlarının ödənilməsi üçün 32 milyon manat   və Azərbaycanın digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 90 milyon manat vəsait proqnozlaşdırılıb. Həmin vəsaitin 70 milyon manatını Azərbaycan tərəfindən Serbiya Respublikasına kreditlərlə bağlı verilən xərclər, 20 milyon manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək.

 

2016-cı ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 26 milyon manat vəsait nəzərdə tutulub.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR