ATƏT:Donbasda atəşkəs haqqında razılıq əldə edilib

ATƏT:Donbasda atəşkəs haqqında razılıq əldə edilib
# 27 avqust 2015 01:46 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bildirib.

Onun sözlərinə görə, iclasda tərəflər təmas xəttində yeni dərs ilinin ilk həftəsində davamlı atəşkəsin təmin edilməsi və cəbhə boyu yerləşən təhsil müəssisələrinə dair məlumat mübadiləsi aparmaq qərarına gəliblər.

“Bununla bağlı tərəflər müvafiq məlumatları ATƏT-ə verməlidirlər”, deyə M.Saydik bildirib.

ATƏT sentyabrın 1-dən etibarən əldə olunan razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR